“Qarabağ”ın rəqibi bəlli oldu – Bu klubla qarşılaşacaqbackend

"Qarabağ"ın rəqibi bəlli oldu - Bu klubla qarşılaşacaq

UEFA Avropa Liqasının 1\8 final mərhələsinin püşkatma mərasimi keçirilir. 

KONKRET.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi bəlli olub.

Ağdam klubu növbəti mərhələdə Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.

“Qarabağ” bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*