“Qarabağ”ın rəqibi Bundesliqada növbəti qələbəsini qazandıbackend

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazandı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda VIII turda “Maynts”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran “Frayburq” ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*