Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiyev “Dinamo”su ciddi itki ilə üzləşib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Tomaş Kendzyöra zədələnib.
O, məşqlərin birində beyin silkələnməsi keçirib. Futbolçu komanda ilə birlikdə Bakıya gəlməyib.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” (Kiyev) qarşılaşması bu gün saat 20:00-da başlayacaq.
