Bu gün Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Qarabağ” komandası “Azersun Arena”da “Turan Tovuz”u qəbul edəcək.
KONKRET.az xəbər verir ki, Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 18:30-da başlayacaq.
Qeyd edək ki, bu günə nəzərdə tutulmuş digər qarşılaşma – “Sumqayıt”-“Sabah” oyunu təxirə salınıb.
