Qarabağ və Şərqi Zəngəzurda nə qədər yol inşa edilir?backend

Qarabağ və Şərqi Zəngəzurda nə qədər yol inşa edilir?

2020-2024 cü illərdə Azərbaycanın işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.

Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9 581,6 m 447 körpü və ümumi uzunluğu 3 871 m olan 16 viaduk inşa edilir.

İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8 339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1 695 metr olan 9 viadukun tikintisi başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*