“Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsi təklifi siyasi savadsızlıqdır” – Şarmazanovbackend

"Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsi təklifi siyasi savadsızlıqdır" - Şarmazanov

Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsi təklifi siyasi savadsızlıqdır.

KONKRET.az xəbər verir ki, bu barədə erməni siyasətçi Eduard Şarmazanov Facebook səhifəsində yazıb.

“Səriştəsiz, savadsız müqəvva!

Nə qədər siyasi savadsız olmalısan ki, Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmək təklifi verəsən.

Nikol NATO ilə Rusiyanın “qardaş” olduğunu bilirmi?

Rusiya və Qərb Ukraynada açıq müharibə aparır, üstəlik, Dmitri Medvedevin fikrincə, onlar indi düşməndirlər.

Və indiki vəziyyətdə Paşinyan Rusiyanı BMT üzvü olan ABŞ, Fransa və Böyük Britaniyaya müraciət etməyə dəvət edir. Belə yerdə müəllimin sözü yadıma düşür: “Faydasız müqəvva!”, – deyə Şarmazanov qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*