İspaniyadan Qarabağa döyüşmək üçün gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan hərbi əməliyyatlar zamanı məhv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyanözünün sosial şəbəkə hesabında yazıb və onunla fotosunu paylaşıb.
Separatçı başının yazdığına görə, biznesmenin gələcək planlarında qondarma “Dağlıq Qarabağ respublikası”na investisiya qoymaq da olub.

