Qarabağa köçən ermənilərin sayları arasındakı fərqin ŞOK SƏBƏBLƏRİbackend

Qarabağa köçən ermənilərin sayları arasındakı fərqin ŞOK SƏBƏBLƏRİ

“Yalançının yaddaşı olmur”, – deyib atalarımız. Eynən ermənilər kimi. Nə danışdıqlarını, niyə danışdıqlarını bilməyən ermənilər hər saat başı bir yalan uydururlar. Bu dəfəki yalanları isə Qarabağa qaytarılan ermənilərin sayı ilə bağlıdır. Deməli, qurama “dqr”-in Əmək, sosial və mənzil məsələləri “nazir”i Mane Tandilyan dünən “Armenpress”ə bildirib ki,” son 3 ayda təxminən 100.000 nəfər “Artsax”a qayıtdı və təxminən 40.000 “Artsax”lı Ermənistanda yaşamağa davam edir”.

Mane Tandilyanın verdiyi “informasiya”nın yalan olduğu ilk andaca bilinir. Çünki səsləndirdiyi rəqəmlərin hər ikisi yuvarlaqdır. Və “nazir” rəqəmləri səsləndirərkən bir cümləsində 2 dəfə təxminən sözünü işlədir. Bu da onu göstərir ki, Mane Tandelyanın əlində ya dəqiq rəqəm yoxdur, ya da ki, ona belə bir rəqəmin üzərində dayanması tapşırılıb.

Nəzərinizə çatdıraq ki, 140 min rəqəmi də təsadüfən səsləndirilməyib. Ermənistan rəsmiləri İkinci Qarabağ müharibəsindən qabaq Qarabağ və ətraf ərazilərdə bu qədər ermənilərin məskunlaşdıqlarını söyləyirdilər. Ermənistan prezidenti Aram Sarkisyan ötənlərdə bir müsahibəsində təəssüflə qeyd etmişdi ki, “nə yazıq ki, biz son 30 ildə Dağlıq Qarabağda əhalimizin sayını 150 minə çatdıra bilmədik. Bütün köçürlmələrə baxmayaraq, hazırda orada 140 minə yaxın erməni yaşayır. Bu isə çox az rəqəmdir”.

Mənə elə gəlir ki, Mane Tandilyan da həmən 140 minin arxasınca sürünür. Və “nazir” bu rəqəmi səsləndirərkən Rusiya Müdafiə Nazirliyinin məlumatını da şübhə altına alır. Deyir ki, “qaytarılan 53 min vətəndaş haqqında məlumatlar Rusiya Müdafiə Nazirliyinin avtobusla gələnlərin statistikası əsasında formalaşb. Lakin bu, dəqiq məlumat deyil. Bizdə birbaşa maliyyə dəstəyi mexanizmi var, buna görə qayıdan “Artsax xalqı”nın sayının daha çox olduğuna dair açıq sübutlar var. İnsanlar birbaşa Artsaxpostdan pul alır. Ölkədə birbaşa maliyyə yardımı alanların sayı əvvəl elan olunduğundan iki dəfə çoxdur”.

Hə, burda “xoruzun quyruğu görünür”. Deməli, Mane Tandilyan rəsmi qurumların məlumatına yox, “fonddan” oğurladıqları pulun hesabatına əsasən danışır. Amma bu adamcığaz bir şeyi unudur ki, “pripiska” məsələsində onlar bizə heç zaman çata bilməzlər. Pul olan yerdə “farşivı” rəqəmi biz göydə tuturuq.  Erməni diasporunu göndərdiyi pulların dalına keçən Arayik Arutyunyan çıxış yolunu bu cür feyk məlumatlarda görür. Üstəlik, belə şişirdilmiş rəqəm səsləndirməklə Arayik diasporadan, xarici dövlətlərdən və beynəlxalq humanitar təşkilatlardan daha çox maliyyə vəsaiti almaq istəyir.

Proletariatın dahi rəhbəri Vladimir Lenin deyirdi ki, “Faktlar tərs şeydir”. Yəni adamı pis vəziyyətdə qoyur, üzün qızardır. Hərgah ermənilərdə üz yoxdur. Onlardakı padoşdur. Nə eləsən də, nə qızarır, nə dəki pis vəziyyətə düşür. Həmən padoş sifət ermənilərdən biri də Mane Tandilyandır. O, bu rəqəmi səsləndirərkən Murad Rüstəmovun “kontoru”nun fəaliyyətini şübhə altına alır. Deyir ki, onlar ancaq avtobusla gələnlərin statistikasını aparırlar. Fərdi avtomobillə gələnlər postlardan “leviy” keçiblər. Rüstəm Muradovun son 3 ayda ermənilərə payladığı yardım onların, ən əsası da Mane Tandilyanın burnundan gəlsin. Çörəyi dizi üstündə olan köpək uşağı…

Guya “svodka”nı təkcə bunlar aparır. Daha demir ki, Xankəndindəki maliyyə maxinasiyalarının ən başında duranlardan biri də Murad Rüstəmovun “kontoru”dur. BMT və digər təşkilatlardan daha çox humanitar yardım almaq üçün ruslar gündə bir siyahı çıxarırlar. Bəzən elə tələsrlər ki, siyahını verərkən dünənki rəqəmlə üzləşməni də yaddan çıxarırlar. Bu günlərdə ortaya çıxan fakt xeyli maraq doğurdu. Belə ki, bir gün əvvəl 52 min erməninin Qarabağa qaytarıldığını deyən Rusiya Müdafiə Nazirliyi növbəti gündə qayıdanların 50 mini keçdiyini həvəslə yazmışdı.

İstər rusların, istərsə də Arayik Arutyunyanın ofisindən verilən digər rəqəmlərin heç bir əsası yoxdur. Bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmisi bildirmişdi ki, “Qarabağa qaytarılan ermənilərin sayı məqsədli şəkildə artıq göstərilir. Bu məsələdə həm də siyasi məqsədlər güdülür”.

Hələ onu demirəm ki, Mane Tandilyanın Ermənistanda qalan Qarabağ ermənilərini sayının 40 min olmasını ermənilər özləri təkzib edir. Ermənistanın əmək, sosial və mənzil məsələləri üzrə naziri bu günlərdə ölkədəki Qarabağdan olan qaçqınlar barədə danışarkən demişdi ki, “1 yanvar 2021-ci il tarixə Emənistanda 20 minə qədər Qarabağ ermənisi var. Onların hamısı dövlətdən müvafiq müavinət alır”.

  • Göründüyü kimi, Xankəndindən səsləndirilən rəqəmlər nə İrəvanda təsdiqlənmir, nə də ki, Moskvada. Hələ onu demirəm ki, son 30 ildə Livandan, Suriyadan və digər ölkələrdən erməni ailələri köçürülərək Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırılmışdı. Təkcə laçın və Kəlbəcərdə bu məqsədl 15 minə yaxın əcnəbi erməni yerləşdirilmişdi. İndi həmin ermənilərin hamısı Ermənistandadır. Deməli, Ermənistanda daha Qarabağ ermənisi yoxdur.

Rusiya Müdafiə Nazirliyinin ən son məlumatına görə, son 3 ayda Qarabağa 53 mindən bir az artıq erməni qaytarılıb. 10 noyabr sülh anlaşmasına qədər Qarabağda 5 minə yaxın erməninin qaldığı söylənilirdi. Beləliklə, Qarabağdakı ermənilərin sayı heç 60 minə çatmır. Məlumatlarda deyilir ki, Qarabağa zorla qaytarılan erməniləri çoxu zəruri həyat və məşğulluq şəraiti olmadığından yenidən Qarabağdan gediblər. Bu dəfə Ermənistana yox, Rusiya və bəzi Avropa dövlətlərinə. Nəzərə alaq ki, son 5 ayda on minlərlə erməni Avropa dövlətlərində sığınacaq alıblar. Sığınacaq alanların tam əksəriyyəti isə Qarabağ ermənilərdir.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*