Qarabağa muzdlular gətirilir? – Balasanyan açıqladıbackend

Qarabağa muzdlular gətirilir? – Balasanyan açıqladı

Qondarma “dqr” təhlükəsizlik şurasının sədri Vitali Balasanyan Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini bildirib.

KONKRET.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Vitali Balasanyanın sözlərinə görə, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə terrorçu və separatçı ekstremistlər yeni peşəkar silahlı dəstlər yaradırlar: “Hazırda bu dəstələrin təşkili məsələsi ilə məşğul olurlar. Buradakı erməni kökənli əhalinin “təhlükəsizliyini” təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, jurnalist Ani Sahakyan Balasanyanın bəyanatını cəfəngiyyat adlandırıb. (publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*