2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı açıqlanıb.
KONKRET.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.
Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9406 nəfər) olub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə orta aylıq nominal əməkhaqqı 1771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.
Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı məbləği verilib:
Azad edilmiş ərazilər | Muzdla çalışan işçilərin sayı, min nəfər | Orta aylıq əmək haqqı manatla |
Ağdam rayonu | 12766 | 640,6 |
Füzuli rayonu | 9406 | 605,3 |
Laçın rayonu | 7829 | 650,2 |
Kəlbəcər rayonu | 6514 | 628,1 |
Cəbrayıl rayonu | 3238 | 717,1 |
Şuşa rayonu | 2624 | 891 |
Qubadlı rayonu | 2523 | 809,5 |
Zəngilan rayonu | 2105 | 883,5 |
Xocavənd rayonu | 1388 | 692 |
Xocalı rayonu | 1192 | 760,5 |
Xankəndi şəhəri | 234 | 1771,4 |
Ağdərə rayonu | 132 | 926,2 |
Xatırladaq ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat təşkil edib.
Salam aleykum mende Qarabağ da işləyirəm