Qarabağda daha 15 erməni hərbçinin meyiti TAPILDIbackend

Qarabağda daha 15 erməni hərbçinin meyiti TAPILDI

İkinci Qarabağ müharibəsində zərərsizləşdirilmiş daha 15 erməni hərbçinin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Məlumata görə, 13 hərbçinin qalıqları Cəbrayılda, 1-i Xocavənddə aşkarlanıb, digərini isə Azərbaycan tərəfi təhvil verib.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Hadrut və Qubadlı istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 29-dək döyüş bölgəsindən 1 344 erməninin qalıqları aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*