Qarabağda daha 4 erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağda daha 4 erməni hərbçinin meyiti tapıldı

Qarabağda daha 4 erməni əsgərin meyiti tapılıb.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Suqovuşanda bir erməni meyitini ermənilərə Azərbaycan Ordusu verib.

Üzərində tapılan sürücülük vəsiqəsinə əsasən, onun 1993-cü il təvəllüdlü Aşot Xaçatryan olduğu aydınlaşıb.

Qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyanın məlumatına görə, digər 3 meyit Cəbrayıl ərazisində tapılıb.

Axtarışlar bu gün Hadrut ətrafında davam etdiriləcək.

Ümumilikdə noyabrın 14-dən başlayan axtarışlar nəticəsində tapılan meyitlərin sayı 1287-ə çatıb – onlardan 15-nin mülki şəxs olduğu ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*