Bu gün səhər saat 06:50 radələrində Ermənistan ordusunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşən hərbi hissələrindən birində ölüm hadisəsi baş verib.
KONKRET.AZ-ın tert.am-a istinadən verdiyi xəbərə görə Ermənistan ordusunun hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Levonyan Arman Armenoviç aldığı güllə yarasından ölüb.
Hərbçinin naməlum şəraitdə öldüyü bildirilir.
Araşdırma aparılır.
