Qarabağda hidrometeoroloji stansiyanın qurulacağı vaxt MƏLUM OLDUbackend

Qarabağda hidrometeoroloji stansiyanın qurulacağı vaxt MƏLUM OLDU

“Azərbaycanda meteorologiya sahəsində son illər çox ciddi tədbirlər davam etdirilir. Bizdə artıq respublikanın hidrometeoroloji müşahidə şəbəkəsi avtomatlaşdırılır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiyalar quraşdırılır: “Eyni zamanda Qarabağ bölgəsində 11 stansiya quraşdırılacaq. Orada iyun ayına qədər artıq həmin stansiyaların quraşdırılması gözlənilir. Bütün bunlar proqnozların dəqiqliyinə xidmət göstərəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*