Qarabağa aid yaşayış məntəqələrinin erməni adları Google Maps-dən silinib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Qarnik Davtyan məlumat verib.
“Google Maps-dən “Artsax” yaşayış məntəqələrinin erməni adları silinib. Akna əvəzinə Ağdam, Vərəndə yerinə Füzuli, Kövsəkan yerinə Zəngilan, Karvaçar əvəzinə Kəlbəcər yazılıb.
Erməni ekspert iddia edir ki, Azərbaycan tərəfi ötən il Google-ya rəsmi məktub göndərərək toponimlərin adlarının dəyişdirilməsini tələb edib.

Günel Mikayılova,
KONKRET.az