Qarabağdakı sülhməramlı kontingentinə Andrey Volkov rəhbərlik edəcəkbackend

Qarabağdakı sülhməramlı kontingentinə Andrey Volkov rəhbərlik edəcək

General-mayor Andrey Volkov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə rəhbərlik edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Xankəndidən SputnikArmenia-ya bildiriblər. Komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, . Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlılar komandirinin müavini olub.

İndi Volkov Cənub Hərbi Dairəsinin Radiasiya, kimyəvi və bioloji mühafizə qoşunları qoşunlarının rəisidir və Qarabağa göndərilib.

2021-ci ilin sentyabrından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkin tutudu.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*