“Qarabağı Azərbaycanın hesab etməyənlər bacarırlarsa, …” – Maksim Şevçenkobackend

“Qarabağı Azərbaycanın hesab etməyənlər bacarırlarsa, ..." - Maksim Şevçenko

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Qarabağın heç bir statusda Azərbaycanın bir hissəsi ola bilməyəcəyi barədə İrəvanda yayılan fikirlərə aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, o, verdiyi müsahibədə bunları boş söhbət adlandırıb:

“Bu, daxili auditoriya üçün nəzərdə tutulmuş mənasız söhbət kimi qəbul edilməlidir. Deyirlər, Qarabağ heç bir statusla Azərbaycanın bir hissəsi olmayacaq? Bacarırlarsa, bu seçimi dəyişdirməyə çalışsınlar (gülür – red.)”.

Şevçenko İrəvanda Qarabağla bağlı yayılan “ən vacib prinsip xalqın öz müqəddəratını təyinetmə hüququdur” mesajına da fikir bildirib:

“Bəs bu prinsip niyə yalnız erməni xalqına aiddir, azərbaycanlılar niyə unudulub? Vudro Vilsonun manifestində (1918-ci ildə ABŞ Prezidenti Vudro Vilson millətlərin öz müqəddəratını təyinetmə hüququnu da özündə cəmləşdirən “On dörd Nöqtə və Dörd Prinsip”i ABŞ Konqresinə təqdim edib – red.) söhbət xalqların öz müqəddəratlarını təyinetmə hüququndan yox, millətlərin hüququndan gedirdi. Millət isə xalq deyil”./caliber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*