“Qarabağı itirəcəyik, bütün Ermənistanı itirəcəyik, əvəzində nifrət qazanacağıq” – Akopyanbackend

"Qarabağı itirəcəyik, bütün Ermənistanı itirəcəyik, əvəzində nifrət qazanacağıq" - Akopyan

“Qarabağı itirəcəyik, bütün Ermənistanı itirəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu  “Ardarutyun” partiyasının həmsədri Akop Akopyan öz Facebook səhifəsində yazıb.

“Beynəlxalq birlik” deyilən bir struktur olaraq mövcud deyil. Beynəlxalq birlik maraqlarla, bir-birinə düşmənçiliklə doludur. Onlar hər hansı bir məsələdə, məsələn, Azərbaycanın ərazi bütövlüyü deyilən məsələdə razılığa gəlib. Bu o deməkdir ki, bu, erməni tərəfinin antimilli, acınacaqlı diplomatiyasının nəticəsidir.

Vaxt var idi ki, həmin “beynəlxalq ictimaiyyət” “Qarabağ məsələsinin müstəsna olaraq Minsk qrupunun təklifləri çərçivəsində həlli” və ya “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur” barədə razılığa gəlmişdi.

Biz aydın şəkildə dərk etməliyik ki, Qarabağ məsələsi təkcə Qarabağ ermənilərinin həyatı və təhlükəsizliyi məsələsi deyil. Qarabağ məsələsi təkcə Ermənistanın gələcəyi məsələsi deyil, həm də bütün ermənilərin ləyaqəti məsələsidir. Biz Qarabağı itirəcəyik, bütün Ermənistanı itirəcəyik və “beynəlxalq ictimaiyyətdən” ancaq nifrət və mərhəmət alacağıq”, – deyə Akopyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*