Rusiya sülhməramlı kontingenti komandanlığının iştirakı ilə Qarabağ və Azərbaycan nümayəndələrinin görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya sülhməramlı kontingenti komandanlığının iştirakı ilə Qarabağın erməni icmasının nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçirilib.
Görüşdə Qarabağa elektrik enerjisi və qazın verilməsinin bərpasına dair razılıqlar əldə olunub.
Qeyd olunur ki, Laçın dəhlizilə avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətinin bərpası ilə bağlı danışıqlar davam etdirilir.
Xuraman Etibarlı,
KONKRET.az

Yaxşı ki, erməni mətbuatı məlumat yayır, yoxsa tam məlumat blokadasında qalar, Qarabağla bağlı və Qarabağda aparılan danışıqlardan məlumatsız olardıq