“Qarabağın müdafiəsi üçün ümumerməni hərbi səfərbərlik elan olunmalıdır” – Rustamyanbackend

"Qarabağın müdafiəsi üçün ümumerməni hərbi səfərbərlik elan olunmalıdır" - Rustamyan

“Qarabağın müdafiəsi üçün ümumerməni hərəkatı – hərbi səfərbərlik başlamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Daşnaksütyun”un üzvü, “Hayastan” fraksiyasından olan deputat Armen Rustamyan deyib.

“Qarabağın müdafiəsi üçün ümumerməni hərəkatı başlanmalıdır və bu proses təkcə humanitar xarakter daşımamalıdır, hərbi səfərbərlik də nəzərə alınmalıdır.

Problem ondadır ki, tərəflər məsuliyyəti bir-birinin üzərinə atırlar. Ermənistan iddia edir ki, bu, onun deyil, Rusiyanın işidir.

Eyni zamanda Rusiya Federasiyası bildirir ki, sülhməramlıların mandatı əvvəlcədən dəqiqləşdirilməli idi və burada səlahiyyət problemi var.

Həm sülhməramlı missiyanın fəaliyyətini aydınlaşdırmaq, səlahiyyətlərini genişləndirmək, həm də vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün bu yolla getməliyik.

Bu isə həm siyasi, həm diplomatik, həm də humanitar resursların səfərbər edilməsini tələb edir”, – Rustamyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*