Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az– ın məlumatına görə, hadisə rayonun Sanqaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Kərimov Ehtiram Qasım oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
report
