Qax rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
Konkret.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb:
“Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan Sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib”.
Rəsmi məlumata görə, hazırda yaralıların müalicəsi davam edir.
