Qaz limiti ilə bağlı NARAZILIQ – Köhnə ilin qalığı niyə təzə ilə qatılır?backend

Qaz limiti ilə bağlı NARAZILIQ - Köhnə ilin qalığı niyə təzə ilə qatılır?

Yanvarın 1-dən smart kartla işləyən qaz sayğacları avtomatik sıfırlanır və abonentlər yeni ildən 1200 kubmetrlik güzəştli limitdən istifadə etməyə başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz”ın açıqlamasında bildirilib.

Qeyd edək ki, bəzi abonentlər ciddi qənaət hesabına 1200 kubmetrlik güzəştli limiti keçməməyə çalışır və buna da nail olurlar. Bu zaman onların sayğaclarında müəyyən qədər qaz ehtiyatı da qalır.

Bununla yanaşı, limiti keçənlərin də sayğacında baha qiymətə aldıqları müəyyən qədər qaz ehtiyatı yanvarın 1-dək sərf olunmamış qalır.

Və köhnə ildən qalan ehtiyat təzə ilə keçəndə 1200 kubmetrlik limitə daxil edilir. Bu isə limitin tez başa çatmasına səbəb olur ki, nəticə də də əhalidə ciddi narazılıq yaranır.

Sosial şəbəkələrdə bununla bağlı etirazını ifadə edənlər də var.

Məsələn, vətəndaş Real Cəfərli deyir:

“Azəriqaz” açıqlama verib ki, yanvarın 1-dən smart kartla işləyən qaz sayğacları avtomatik sıfırlanır və abonentlər yeni ildən 1200 kubmetrlik güzəştdən istifadə etməyə başlayır. Bəs köhnə ildən qalan hissə necə olur? Axı abonent həmin kubmetri hökumətdən 20-25 qəpiyə alıb. Amma yeni ildə həmin hissə 12 qəpikdən satılan 1200 kubmetrlik “mavi yanacağ”ın tərkibinə daxil olur. Nəticə etibarilə uduzan yenə istehlakçı olur. Çünki hökumət əhalinin cibinə girir.

Əslində, smart kart istifadçilərində yeni ilə cüzi qaz ehtiyatı qala bilər. Məsələn, mənim qaz sayğacımda 60 kubmetrdir. Amma mən həmin “mavi yanacağ”ı istifadə etmək üçün 25 qəpikdən hesablandığına görə 15 AZN ödəmişəm. Yeni güzəştlə isə 60 kubmetr 7,2 AZN edir. Nəticə etibarilə 7,8 AZN itirirəm. Hökumət də bu durumda qabağa düşür. Çünki həmin hissə 1200 kubmetrdən çıxılanda mənim 12 qəpiklik limitim 1140 kubmetr qalır. Əgər əksini iddia edirlərsə, onda çıxıb məsələyə aydınlıq gətirsinlər. Ümumilikdə isə neft-qaz ölkəsində, xüsusilə bahalaşmanın tüğyan etdiyi, inflyasiyanın maaşı yediyi vaxtda istehlakçılar üçün limit tətbiqi yanlışdır”.

1 noyabr 2021-ci il tarixindən Azərbaycanda qazın yeni qiymətləri qüvvəyə minib.

Belə ki, 1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 12 qəpikdən hesablanır.

İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metrə görə 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*