Qaz xəttində sızma avtomobilin yanmasına səbəb oldu - Xəsarət alan var
252
Tovuzda qaz xəttində sızma avtomobilin yanmasına səbəb olub.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilini nazlıq səbəbində yolun kənarında saxlayıb. O, yenidən avtomobili işə salmaq istəyən zaman ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman avtomobil yanıb, sürücü yüngül yanıq xəsarətləri alıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.