Manqistaunun keçmiş akimi Qazaxıstanın Türkmənistandakı səfiri olub.
KONKRET.az xəbər verir ki, prezident Tokayev öz sərəncamı ilə Manqistau vilayətinin keçmiş rəhbəri Nurlan Noqayevi Qazaxıstan Respublikasının Türkmənistandakı səfiri təyin edib.
Noqayev bu vəzifədə 2022-ci ildən Qazaxıstanın Türkmənistandakı səfiri olan Əsgər Tajibayevi əvəz edəcək.
Natiq Səlim,
KONKRET.az
