Qazaxıstan Ukraynadakı vətəndaşlarına müraciət etdibackend

Qazaxıstan Ukraynadakı vətəndaşlarına müraciət etdi

Qazaxıstanın Ukraynadakı səfirliyi ölkə vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə diplomatik departamentin teleqram kanalında məlumat paylaşılıb.

“Səfirlik ciddi şəkildə Qazaxıstan vətəndaşlarından mümkün olduğu təqdirdə Ukrayna ərazisini tərk etmələrini xahiş edir”, – müraciətdə deyilir.

Diplomatik missiya izah edib ki, tövsiyə Ukrayna ərazisinə hücumların intensivləşməsi ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*