Qəbələdə bədbəxt hadisə – Ağaca çıxdı ki, meyvə yığsın…backend

Qəbələdə bədbəxt hadisə - Ağaca çıxdı ki, meyvə yığsın...

Qəbələ sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

KONKRET.AZ xəbər verir ki, hadisə bu gün rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Mustafayev Orxan Novruz oğlu yaşadığı evin həyətindəki qoz ağacından meyvə toplayarkən ehtiyatsızlıq edib və yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan O.Mustafayev Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, O.Mustafayev dünyasını dəyişib.

Qeyd edək ki, dörd gün öncə rayonun Kürd kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Yunis Məhəmməd oğlu da qoz ağacından yıxılaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*