Qəbələdə dağlıq ərazidə YANĞIN – Havaya helikopterlər qaldırıldıbackend

Qəbələdə dağlıq ərazidə YANĞIN - Havaya helikopterlər qaldırıldı

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

Bildirilib ki, FHn-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*