Qəbələdə dəhşətli QƏZA: Ata öldü, oğlu xəsarət aldıbackend

Qəbələdə dəhşətli QƏZA: Ata öldü, oğlu xəsarət aldı

Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əskərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – sürücünün atası, 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P.Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*