“Qərar belədir: Ya ermənilər cənnətdə yaşayacaq, ya da dünya onun zəhəri ilə məhv olacaq”.
KONKRET.az xəbər verir ki, bunu erməni aparıcı və aktrisa Nazeni Ovannisyan “Instaqram” səhifəsində yazıb.
“Sabahınız xeyir. Çətin günlərdir, bitməyən pis yuxu kimi həyat…
Amma nə vaxtsa yenidən doğulsaydım, hər şey eyni olsa belə, mütləq öz torpağımızda, yerimizdə yaşamaq istərdim.
“Arsax” xəyallar ölkəsidir, ona görə də bu qədər sınaqlar baş verir.
Biz böyük addımlarla hərəkət etməliyik. Həmişə yadda saxlamalıyıq ki, ən acı anımızda belə bizə əl uzadan bir qohum, varlıq yoxdur.
Yerin çatlarını düzəltmək və bərpa etmək uğrunda Allah tərəfindən güclənək və çıxış yolları tapaq.
Biz ruhən zəifləmişik və ümidsizliyə düşmüşük. Təcili olaraq özümüzü gücləndirməliyik və birlikdə bu zülm bataqlığından çıxmalıyıq.
Qərar belədir: Ya ermənilər cənnətdə yaşayacaq, ya da dünya onun zəhəri ilə məhv olacaq. Ermənistan-Qarabağ olmasa, dünyada heç kimə rahatlıq olmaz və mənə belə dünya lazım deyil!”,- deyə Nazeni yazıb.
Xuraman Etibarlı,
KONKRET.az

За лупу