Qərargah: “Test analizlərinin nəticəsindən əminik”backend

Qərargah: "Test analizlərinin nəticəsindən əminik"

“Azərbaycanda koronavirusla bağlı aparılan işlər davam etdirilir. Ölkədə virusu aşkar etmək üçün bütün imkanlar mövcuddur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər ölkədə 115 minə yaxın test icra olunub.

R.Bayramlı bildirib ki, aprelin 27-də Sumqayıtda yeni laboratoriya açılacaq: “Avropa istehsalı olan test analizlərinin nəticəsindən çox əminik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*