“Qərb ölkələrinin Ermənistandakı səfirləri Paşinyanın partiyasına etiraz notası GÖNDƏRDİ” – “Joxovurd”backend

"Qərb ölkələrinin Ermənistandakı səfirləri Paşinyanın partiyasına etiraz notası GÖNDƏRDİ" - "Joxovurd"

Qərb ölkələrinin Ermənistandakı səfirləri Paşinyanın partiyasına etiraz notası göndəriblər.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” yazıb.

Beynəlxalq təşkilatların nümayəndələri, Qərb ölkələrinin bir neçə səfiri bu yaxınlarda Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasına etiraz notası göndəriblər. Bildirilir ki, İrəvan Ağsaqqallar Şurasına seçkilərin hələ təyin edilməməsinə baxmayaraq, partiya daim qalib gələcəyini bəyan edir.

“Ermənistan parlamentinin üzvü, partiyanın İdarə Heyətinin sədr müavini Gevorq Papoyan əmin edib ki, onda belə bir məlumat yoxdur.

Partiya Şurası İdarə Heyəti sədrinin digər müavini, deputat Vaaqn Aleksanyan bəyan edib ki, əgər hakim partiya namizəd irəli sürübsə, bu, onun qələbəsinə inamın olması deməkdir.

“Amma mən xatırlamıram ki, hakimiyyət nümayəndələri belə bəyanatlar verib ki, buna görə etiraz notası alıb”, – deyə Aleksanyan əlavə edib.

Qərb ölkələrinin səfirləri öz narazılıqlarını əsasən “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinə seçkilərin nəticələrinin saxtalaşdırılmasından sonra bildirməyə başlayıblar.

Demokratik ölkələrin nümayəndələrinə seçki proseslərinə etimadsızlıq hakim partiyadakı saxtakarlıqlardan sonra başlayıb”, – deyə qəzet qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*