Qərb SÜLHƏ QAYĞI adı ilə III Qarabağ müharibəsinə çalışır – MƏXFİ MATERİALLARbackend

Qərb SÜLHƏ QAYĞI adı ilə III Qarabağ müharibəsinə çalışır - MƏXFİ MATERİALLAR

Bu dəfə Qərbin sülhə qayğı adı ilə Ermənistan və Azərbaycan arasında yeni münaqişə ocağı yaratması barədə bəhs edəcəyik.

KONKRET.az xəbər verir ki, fransız senatorların Bakıya qarşı sanksiya təşəbbüsü heç də İrəvana dəstək deyil. Bu addımda Türkiyə lideri Ərdoğanın sülh təşəbbüslərinə zərbə niyyəti də gizlənir. Ümumiyyətlə, Avropa İttifaqı Türkiyənin artan nüfuzundan qorxur.

Rus analitiklər fransızların bu yolla erməniləri revanşizmə kökləmək və Moskvanın sülhməramlı səylərini dəfn etmək istədiyini düşünür. Bu fikirdə bir “hə” və bir “yox” var.

Hə – Paris Yerablurda dəfn olunan erməni revanşizminin xortlamasına çalışır.

Yox – Moskvanın sülhməramlı səyləri elə də hiss olunmur.

Anonslara inansaq, Fransa parlamentinin yuxarı palatası rəzil “qətnamə”nin daha iyrənc tətbiqlərinə keçmək istəyir. Bura Azərbaycandan idxal olunan qaza emarqo qoyulması da daxildir. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb deyə Fransa ermənilərinin bu embarqosu karqoda qalacaq. Həm də sanksiyalara görə Rusiya qazından məhrum olan köhnə qitə buzlaşma dövrü yaşamaq istəməz. Çox da Makron pinqvinə oxşasın!

İşin başqa məğzi odur ki, Qərb Rusiyanın əlini Ermənistanın üzərindən tezliklə çəkə bilməyəcək. Lakin müxtəlif yollarla Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyənin Cənubi Qafqaz mövcudluğunu əngəlləməyə çalışırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*