Qərb türklərlə bağlı Afinaya xəbərdarlıq etdibackend

Qərb türklərlə bağlı Afinaya xəbərdarlıq etdi

Yunanıstan Qərbi Trakiyadakı türk azlıqlara qarşı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməli və dərhal işlərə başlamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Şurası Nazirlər Komitəsinin Afinaya xəbərdarlığında qeyd olunub.

AŞ NK Yunanıstanın insan haqları ilə bağlı konvensiyanın 11-ci maddəsini pozduğunu bəyan edib və Afinanı məhkəmənin qərarlarına əməl etməyə çağırıb.

Qeyd edək ki, daha öncə Türkiyə Yunanıstanın Trakiyada türklərin Lozanna müqaviləsindən və çoxtərəfli razılaşmalardan irəli gələn hüquqlarını pozduğunu, Afinanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etmədiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*