“Qərb Ukraynanı Rusiyadan qoruya bilməz” – NYTbackend

"Qərb Ukraynanı Rusiyadan qoruya bilməz" - NYT

Son günlər Ukrayna Qərb tərəfdaşlarından hərbi və maliyyə yardımını artırmaq üçün əlavə öhdəliklər alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır.

Lakin nəşr qeyd edir ki, Rusiya üzərində yekun qələbə üçün vədlər kifayət deyil.

Tərəfdaş ölkələrin son yardımları Ukraynaya cəbhədəki mövqelərini itirməmək üçün çox gec gəlib.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin müstəqil tədqiqat qrupunun sədri Sergey Kuzan qeyd edib ki, Ukraynada tərəfdaşların son vədləri hələ də nikbinliklə qəbul edilir.

“İstənilən köməyə görə minnətdarıq və əgər biz bütün lazımi silah və sursatları vaxtında alsaq, bu, bizə cəbhə xəttini sabitləşdirmək şansı verəcək. Lakin işğal olunmuş ərazilərin azad edilməsi və qələbədən danışmaq hələ tezdir”, – deyə Sergey Kuzan bildirib.

NYT-nin məlumatına görə, Ukrayna rəsmiləri bir gün əvvəl ABŞ ilə imzalanmış təhlükəsizlik sazişini böyük həvəslə qəbul ediblər. Bununla belə, burada ABŞ-dan konkret təminatlar yoxdur. Yalnız Ağ Evin Ukraynaya hərbi yardım göstərmək üçün Konqreslə işləmək öhdəliyi var.

Üstəlik, yeni saziş hər iki ölkə tərəfindən istənilən vaxt ləğv edilə bilər. Yəni, belə çıxır ki, Ukraynaya davamlı dəstəyin əleyhinə olduğunu dəfələrlə dilə gətirən keçmiş prezident Donald Tramp noyabr seçkilərində Baydenə qalib gələrsə, razılaşmadan geri çəkilə bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*