Qərbi Azərbaycanlılar Qarabağa köçürülə bilərmi? – CAVABbackend

Qərbi Azərbaycanlılar Qarabağa köçürülə bilərmi? – CAVAB

“Ölkə prezidenti elan etdi ki, işğaldan azad olunan torpaqlara ilk növbədə məcburi köçkünlər yerləşdiriləcək. Dövlət, daşınmaz əmlakı olmayan, dövlətin onlara müvəqqəti verdiyi mənzillərdə yaşayan məcburi köçkünlərin Qarabağa qayıdıb, yaşamasını təmin edəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov dilə gətirdi.

O, bildirdi ki, Qarabağda yaşamaq istəyən digər şəxsləri mənzillərlə dövlət təmin etməli deyil. 

“Qərbi Azərbaycandan olan insanların Qarabağa köçürülməsinə, mənim bildiyimə görə, indiki Ermənistan ərazisindən qaçqın düşən şəxslərin Qarabağa qayıdışı məcburi köçkünlər kimi yox, digər vətəndaşların yaşamaq istəyi kimi ola bilər. Könüllü olaraq kim istəsə, gedib, yaşaya bilər. Çünki Azərbaycan daxilində bütün azərbaycanlıların istənilən yerdə mənzil alıb, ev tikdirib, yaşamaq hüququ var, o cümlədən də Qarabağda.”

Hüquq müdafiəçisinin fikrincə, qərbi azərbaycanlıların Qarabağa məcburi məskunlaşdırılması müzakirə mövzusu ola bilməz. 

“Məlumata görə, Qarabağdan məcburi köçkün düşmüş insanların sayında yetərincə artım var. Kimlərsə işğaldan azad olunan rayonlara qayıtmaq istəməsə belə digər məcburi köçkünlər kifayət qədərdir ki, yaşayış məntəqələrinin yetərincə sakini olsun. Amma Qarabağa könüllü köçmək istəyən qərbi Azərbaycandan (Ermənistan) olan qaçqınlar bilməlidir ki, hər kəsin daşınmaz əmlak, torpaq almaq hüququ var”.

Qeyd edək ki, mövzu ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq və saytımıza bildirildi ki,

“Ermənistan Respublikasından didərgin salınmış qaçqın soydaşlarımızın arasında da işğaldan azad edilmiş ərazilərdə yaşamaq istəyənlər çoxdur və onlar da Dövlət Komitəsinə bununla bağlı müraciət edirlər”.

Müraciətlərin sayı və bununla bağlı gələcək planlar barədə rəsmi informasiya verilmədi.

  • Qədimalı
    Oktyabr 21, 2023 - 16:06

    Mən Qədimalı İsmayıl oğlu 1955 çi ildıə kafan rayonunda anadan omuşam 88 zinçi ildəki ermənilərin bizi öz torpaxlarımızdan cıxararkən Bakıdan sumqayıtdan gələn ermənilərlrə evləri dəyişirdilər qonşu erməni mənə dediki evini dəyişdirməmisən dedim yox hələ dakıya sumqayıta firim var dedi ki qardaşım Şuşada yaşayır gözəl şərayiti var bagı həyatl var evi qardaşımla dəyiş mən cox sevindim Şuşa bilirdim gözəl yerdi biz sənətləri götürüb jekə(evlər idarəsinə) getdik sənətləri verdim erməni kadın soruşdu hara dəyişirsən evi dedim Şuşaya dəyişirəm mənə dedi niyə İrəvana dəyişmirsən mən qaldım məhətdəl dedi şuşa ermənistandı mənimlə söz söhbət yaratdılar kənardakı ermənilərdə dedilər ki ançax raykomun içazəsi olmalıdı.İndi şükürlər olsun şəhidlərimizin sayəsində qazilərimizsin sayəsində ali baş komutanımızın sayəsində icimizdəki sıxıntı cıxdı .istərdim ki köcüb gözəl qarabağımızda yaşayım kecmiş arzuma catım Qədimalı Sevdimaliyev(0507830788).

Qədimalı üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*