Qəribə olay: Yumurtadan 4 ayaqlı cücə çıxdı – FOTObackend

Qəribə olay: Yumurtadan 4 ayaqlı cücə çıxdı - FOTO

Türkiyədə yumurtadan 4 ayağı olan toyuq cücəsi çıxıb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, maraqlı olay Kahramanmaraş vilayətinin Türkoğlu rayonundakı quşçuluq fermalarından birində baş verib.

Belə ki, yeni doğulan cücələrdən birinin yeriməkdə və qidalanmaqda çətinlik çəkdiyi müşahidə olunub və yoxlayanda onun 4 ayağı olduğu ortaya çıxıb.

Kahramanmaraş bələdiyyəsinin sahibsiz heyvanların reabilitasiyası ilə məşğul olan tibbi mərkəzinə müraciət olunub. Cücənin artıq ayaqlarının əməliyyatla çıxarılacağı bildirilib.

“Cücənin ayaqlarının artıq olması səbəbindən kürəyində ağırlıq var. Bu səbəbdən o, tarazlıq saxlaya bilmir və yeriməkdə çətinlik çəkir. Bu vəziyyət elmi ədəbiyyatda polimeliya kimi tanınır və on mindən bir halda müşahidə olunur”, – deyə mərkəzin əməkdaşı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*