Qeydiyyat sistemi niyə çıxılmaza çevrilib? – Hüquqşünasdan ÖNƏMLİ açıqlamabackend

Qeydiyyat sistemi niyə çıxılmaza çevrilib? - Hüquqşünasdan ÖNƏMLİ açıqlama

“Təsəvvür edin ki, vətəndaş öz evini satır. Evi alan şəxs onu qeydiyyatdan çıxarır. Və bu zaman vətəndaşın qeydiyyata düşməyə evi yoxdursa, o havada qalır. Əvvəllər bu kimi halda vətəndaş polis şöbəsinə qeydiyyata dururdu. İndi bu qayda götürülüb.”

Müşfiq Abbasov azadlığa çıxdı » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

KONKRET.az xəbər verir ki, bu sözləri hüquqşünas Müşviq Abbasov deyib.

Onun sözlərinə görə, ölkədə on minlərlə insanı çətin vəziyyətdə qoyan qeydiyyat problemi insan hüquqlarının pozulmasına yol açır: “Vətəndaş məcburdur ki, polisə ərizə ilə müraciət etsin. Polisdən imtina cavabı aldıqdan sonra isə polisi məhkəməyə verib polis bölməsinə qeydiyyata düşsün. Bu yol isə maddi vəsait və vaxt tələb edir, vətəndaş olmazın əziyyətini çəkir.”

Hüquqşünas qeyd edib ki, yaşayış yeri üzrə qeydiyyatın olmaması şəxsin cəmiyyətdəki fəaliyyətini tamamilə iflic edir: “Əgər adam evini satıbsa, yaxın adamların kiminsə evinə və ya polis şöbəsinə qeydiyyata düşə bilmirsə, artıq onun şəxsiyyət vəsiqəsi də işə yaramır. Bu hal isə insan hüquq və azadlıqlarına ziddir. Odur ki, bu problem kökündən həll olunmalı, bu şəraitdə vətəndaşın asan yolla qeydiyyata düşə biləcəyi ünvanlar müəyyən edilməlidir.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*