Qəzzada atəşkəsin müzakirəsi üçün dördtərəfli toplantı başladıbackend

Qəzzada atəşkəsin müzakirəsi üçün dördtərəfli toplantı başladı

Misirin paytaxtı Qahirədə Qətər, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin müzakirəsi üçün planlaşdırılan dördtərəfli görüşün başladığı açıqlanıb.

KONKRET.az xəbər verir ki, “Qahirə əl-İxbariyyə” kanalına adı açıqlanmayan yüksək rütbəli Misir rəsmisi məsələ ilə bağlı məlumat verib.

Misir rəsmisi toplantıda Qəzzada saxlanılan israilli məhbusların azad edilməsi və İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsi müqabilində bölgədə atəşkəsin müzakirə edildiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*