“Qəzzada münaqişə Fələstinin tanınması ilə bitməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliyada keçirilən G7 sammitinin yekun bəyanatında bildirilib.
Sənəddə deyilir: “Biz İsrail və Fələstinin beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq təhlükəsiz və tanınmış sərhədlər daxilində dinc yanaşı yaşayan iki dövlətli həllə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”.
Liderlər Qəzza zolağının İordan çayının qərb sahili ilə Fələstin Administrasiyasının hakimiyyəti altında birləşdirilməsinin vacibliyini vurğulayır.
Burhan,
KONKRET.az