Qəzzada xəstəxanaya raket hücumu cinayətdir – Rusiya XİNbackend

Qəzzada xəstəxanaya raket hücumu cinayətdir - Rusiya XİN

Qəzza zolağında xəstəxanaya edilən raket hücumu cinayətdir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova  bildirib.

Zaxarova qeyd edib ki, peyk şəkilləri xəstəxananı kimin vurduğunu aydın şəkildə göstərə bilər.

Diplomat münaqişə zonasındakı vəziyyətə görə Vaşinqton və Londonu günahlandırıb.

“Rusiya BMT Təhlükəsizlik Şurasının regionda humanitar vəziyyətlə bağlı sənədi üzərində işləyir. Oradan dəhşətli xəbərlər gəlir. Bu, fəlakətli humanitar vəziyyətdir. Bu, texnogen fəlakət deyil, bu hansısa təbiət hadisəsinin nəticələri deyil, bunu Qərb dünyasının nümayəndələri edir. Bütün bunlar Vaşinqton və Londondan yönəlib”,  – Zaxarova deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*