Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel AŞKARLANDIbackend

Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel AŞKARLANDI

Qırğızıstan-Özbəkistan sərhədində 270 metr uzunluğunda tunel tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, ölkənin Oş vilayətinin Kara-Suu rayonunun Telman kəndində Qırğızıstan və Özbəkistanı birləşdirən dərinliyi 15, eni isə 1,5 metr olan tunel aşkarlanıb.

Təhlükəsizlik qüvvələri tunelin yerləşdiyi ərazinin sahibinin ruhi xəstəxanada olduğunu müəyyən edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*