Qırğızıstan rusiyalı bloqeri ölkədən çıxardı – Putin hiddətləndibackend

Qırğızıstan rusiyalı bloqeri ölkədən çıxardı - Putin hiddətləndi

Qırğızıstan Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən Z-bloqer Viktor Vasilyevi ölkədən deportasiya edib.

KONKRET.az xəbər verir ki, o, Rusiya ordusuna insan cəlb etməkdə ittiham olunurdu.

Bundan əlavə, Vasilyevə 10 il müddətinə Qırğızıstana giriş qadağası qoyulub.

Qeyd edək ki, Qırğızıstanın bu addımı Rusiyada birmənalı qarşılanmayıb. Belə ki, Kremlə yaxın dairələr bu addımın Prezident Putinin xoşuna gəlmədiyini və tədbir görməyə hazırlaşdığını vurğulayırlar.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*