Sabah, yəni 30 avqust saat 13:39-da Qız bürcündə yeni Ay görünəcək. Konkret.az Türkiyə astroloqlarına istinadla xəbər verir ki, yeni ay cədvəlində Əqrəblərin yüksəldiyi görünür. “Bu, sözün həqiqi mənasında ilin ən yaxşı yeni Ayı olacaq. Bu gün halımıza şükür edirik. Amma həyatımızda bizi qane etməyən şeylər də var. Əslində bu Ay onları həll etmək və düzgün müəyyənləşdirmək üçün mühüm şanslar yaradır. İşinizdə məsuliyyət və ya işlə əlaqəli yeni layihələr həyata keçirmək üçün lazım olan hər şeyi etməyə çalışmaq. Bunu unutmamalısınız”,-deyə Astroloq Aygül Aydın vurğulayıb.
SEVİNC
