Qızılağac Milli Parkında YANĞINbackend

Qızılağac Milli Parkında YANĞIN

Qızılağac Milli Parkında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran şəhəri Balıqçılar qəsəbəsində taxıl zəmisində baş verən yanğın külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*