Qondarma “dqr”nin separatçıbaşı “prezidenti” Arayik Arutyunyan Azərbaycanın öz tarixi torpağı Şuşanı erməni işğalından azad etdiyini etiraf edib.
KONKRET.az xəbər verir ki, Arutyunyanın “facebook”dakı hesabından edilən paylaşımda qondarma “prezident”in Xankəndidəki əsgərləri ziyarət etdiyi yazılıb. Bildirilib ki, artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum atəşləri edir. Bununla da Arayik Arutyunyanın adından idarə edilən səhifədə ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan edilib.
Paylaşımda daha sonra bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.
