Qonşu ölkədə it gəzdirmək qadağan edildibackend

Qonşu ölkədə it gəzdirmək qadağan edildi

İranın paytaxtı Tehranda ictimai məkanlarda it gəzdirmək və onu avtomobildə daşımaq qadağandır.

KONKRET.AZ-ın məlumatına görə, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi Gənc Jurnalistlər Klubuna açıqlamasında deyib.

H.Rəhiminin sözlərinə görə, paytaxt polisi belə hallarla ciddi şəkildə mübarizə aparır.

Polis rəisi əlavə edib ki, ötən dövrlərlə müqayisədə şəhərdə iti gəzdirmək və avtomobillə aparmaq azalıb:

“Bir çoxları elə hesab edir ki, polis it saxlamağa qarşıdır. Halbuki polis mənzillərdə itin saxlanılmasının əleyhinə deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*