“Qriqoryan yalan danışır, KTMT Ermənistana silah da verəcək” – Mamicanyanbackend

"Qriqoryan yalan danışır, KTMT Ermənistana silah da verəcək" - Mamicanyan

“Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-nin Ermənistana hərbi yardım təklif etməməsi ilə bağlı yalan danışır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan parlamentdə keçirdiyi brifinqdə deyib.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-nin hərbi yardım təklif etməməsi ilə bağlı yalan danışır.

KTMT-nin yardım paketində həm də silah yardımı nəzərdə tuturdu. Bu barədə məndə müəyyən məlumatlar var. Bunu KTMT-nin keçmiş baş katibi də bəyan edib”, – deyə Mamicanyan bildirib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl CivilNet-ə müsahibəsində KTMT-nin yardım paketinin hərbi yardımı ehtiva etməsi ilə bağlı məlumatları təkzib edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*