Axşam saatlarında Quba rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, rayonun 1-ci Nügədi kəndində avtomobil 3 nəfər şəxsi vurub. Yaralılar ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzanın baş vermə səbəbləri və xəsarət alanların kimliyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Cəlal Fərzəliyev
