Qubada yağan güclü qar hərəkəti iflic edib – VİDEObackend

Qubada yağan güclü qar hərəkəti iflic edib - VİDEO

Şimal bölgəsinə yağan qar özü ilə bir sıra fəsadlar gətirib.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, şaxtalı və qarlı hava Qubanın ucqar kəndlərində daha çox müşahidə edilir.

Qar rayonun Xınalıq, Əlik, Cek, Haput, Bostankeş, Buduq, Zeyid, Xaltan kəndlərində gediş-gəlişə çətinlik yaradıb. Güclü qar avtomobillərin hərəkətində də ciddi problemlərə yol açıb. Bu, rayon yol istismar idarəsinin əməkdaşlarını hərəkətə keçirib. Gecə yolları təmizləmək çətin olsa da, səhər saatlarında problemi aradan qaldırmaq mümkün olub. 5 saylı yol istismar idarəsinin rəisi Rövşən Babayev bildirib ki, yollarda avtomobillərin fasiləsiz və maneəsiz hərəkətinin təmin edilməsi istiqamətində lazımi addımlar atılıb. R.Babayev təcrübəsi olmayan sürücüləri diqqətli olmağa, belə havada mümkün qədər yola çıxmamağa çağırıb.

Qeyd edək ki, hazırda da rayonun ucqar kəndlərində intensiv qar yağır və bir sıra ərazilərdə qarın hündürlüyü 20-25 santimetrə qədər yüksəlib. Yerli sakinlər mart ayında belə qarın olmasını normal qarşılamırlar. İnsanlar qarlı havanın təsərrüfata ziyansız ötüşməyəcəyindən narahatdırlar.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*